RU

Tanrı qarşısında imtahan verən baş məşqçinin halını görün!

Premyer Liqada heyətini balanslaşdırmış komandaların sayı o qədər çox deyil.

Belə olsaydı, əksər iştirakçılar proqnozları alt-üst etməzdi.

«Şamaxı» bu imkandan məhrumdur. Ayxan Abbasova ayrılan büdcə o qədər məhduddur, səhər yuxudan gec oyanırlar ki, birdən acıyarlar.

Elitanın ən kasıb yarışmaçısının stabil çıxış etmək şansı yoxdur.

Dəfələrlə demişik, yenə deyirik: «Şamaxı»dan boyundan yuxarı tullanmasını gözləməyin, nə var, odur.

Zirə səfərini gənclər korladı. Abbasovun U-21 yığmasında oynamaları üçün «Şamaxı»ya götürdüyü cavanların yol verdiyi xətalar qələbə hesabını 4 dəqiqə içində məğlubiyyətə çevirdi.

Oruc Məmmədov təcrübəli olsaydı, o cür gözəl epizodu dəyərləndirərdi. «Səbail»dən gəlmiş yarımmüdafiəçi topla əla reyddən sonra qapı küncünü görmədi, görsəydi, 3 xal «Şamaxı»nın idi.

Müdafiə zonasında problemləri çoxdur Ayxan Abbasovun. Rafael Məhərrəmli ilə Arsen Ağcabəyova bel bağlamaq böyük dərddir.

Tanrı köməyi olsun, bu da onun üçün bir imtahandır.

Hava asmaları və cinah ötürmələri zamanı harada dayanacağını bilməyən bu oyunçularla işləmək böyük səbr istəyir.

KAMİL

Избранный
19
sportinfo.az

1Источники