RU

“Derbini qazandığımız üçün azarkeşlərimizi sevindirdik”

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının V turunda keçirilən Roma derbisi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "DAZN" mütəxəssisin dediklərini belə çatdırıb.

“Mən oyunçuları məşqlərdə izləyirəm və Pellegrinini necə hərəkət etdiyini, necə çalışdığını gördüm, buna görə də onun start heyətində oynayacağına şübhəm yox idi. Derbi məni çox məmnun etdi, matçın sonunda səs-küy o qədər çox idi ki, mən eşidilmirdim!”

O həmçinin əlavə edib ki, rəqib komandanın qırmızı vərəqəsi heç bir üstünlük gətirməyib:

“Oyun çox xoşuma gəldi, azı o vaxta qədər ki, ‘Latsio’ azlıqda qaldı. Sonradan oyunu risqə atdıq və əlimizdə olan matçı təhlükəyə saldıq. Bilirəm ki, azarkeşlər bu derbini çox dərin hiss edir, ona görə də onları sevindirməkdən məmnunuq”.

Qeyd edək ki, matç “Roma”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə qolunu Lorenso Pelleqrini vurub – bu, onun mövsümdə ilk oyunu olub.

Bu nəticədən sonra “Roma” 9 xalla 4-cü, “Latsio” isə 3 xalla 14-cü pillədə qərarlaşıb.

Избранный
100
90deqiqe.az

1Источники