“Fənərbaxça” klubu yeni prezidentin Sadettin Saran olduğunu təsdiqləyib.
Klub bununla bağlı instaqram hesabında paylaşım edərək Saranın 12,325 səslə qalib gəldiyini açıqlayıb.
***
Türkiyənin “Fənərbaxça” klubu bu gün növbədənkənar ümumi seçki keçirib.
Redaktor.az xəbər verir ki, seçkilərə əsasən klubun yeni prezidenti məlum olacaq.
Ali Koç və Sadettin Saran arasında aparılan mübarizədə qeyri-rəsmi nəticələr Saranın yeni prezident seçildiyini göstərir.
İdarə Heyətinin sədri Şekip Mosturoğlu rəsmi nəticələri 15 dəqiqə sonra açıqlayacağını bildirib.