RU

Tanınmış hücumçu “Qarabağ”a görə Bakıya gəlməyəcək?

“Ayntraxt” hücumçusu Mişi Batşuayi ilə yollarını ayırmağı planlaşdırır.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Frankfurt təmsilçisi 31 yaşlı hücumçunun əvəzinə daha gənc futbolçuya şans vermək istəyir.

Batşuayinin maaşı yüksək olduğundan, klub qış transfer pəncərəsində onunla müqaviləyə son qoymaq niyyətindədir. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Batşuayi öz üçün yaxşı variant taparsa, qışda Almaniyanı tərk edəcək.

Belçikalı futbolçu karyerası ərzində “Standard”, “Marsel”, “Borussiya” (Dortmund), “Çelsi”, “Valensiya”, “Kristal Pelas”, “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray”da oynayıb.

“Qarabağ” – “Ayntraxt” matçı Çempionlar Liqasının 7-ci turu çərçivəsində, yanvarın 21-də Bakıda keçiriləcək.

Избранный
27
sportinfo.az

1Источники