RU

Təbii öskürək şərbəti resepti: Öskürək, bəlğəm və xırıltıya son

Payız və qış aylarında ən çox rast gəlinən problemlərdən biri də qrip və soyuqdəyməyə bağlı öskürəkdir. Uzun sürən və insanı yoran öskürək, zamanla daha ciddi xəstəliklərə də səbəb ola bilər. Həkimlərin yanaşı olaraq məsləhət gördüyü təbii üsullardan biri də evdə hazırlanan öskürək şərbətidir.

Sadə inqrediyentlərlə hazırlanan bu şərbət öskürəyi kəsir, bəlğəmi azaldır və boğazı yumşaldır.

Öskürək şərbəti üçün lazım olanlar:

1 stəkan qaynar su

2 xörək qaşığı zəncəfil

3 xörək qaşığı bal

8 ədəd mixək

1 ədəd darçın çubuğu (istəyə görə)

Bu qarışım həm immuniteti gücləndirir, həm də boğaz ağrısını yüngülləşdirir. Təbii üsullarla öskürəkdən qurtulmaq istəyənlər üçün faydalı bir resept hesab olunur.

Ancaq davamlı və şiddətli öskürək hallarında mütləq həkimə müraciət etmək tövsiyə olunur.

Lalə Qüdrətova
Milli.Az

Избранный
7
2
milli.az

3Источники