Füzulidə iki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Aznews.az xəbər verir ki, hadisə rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, "KİA" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər Beyləqan rayon Birinci Şahsevən kənd sakinləri, 2003-cü il təvəllüdlü Əmirzadə Fərid Fəxri oğlu, 2002-ci il təvəllüdlü İbrahimov Füzuli Sədrəddin oğlu, Füzuli rayon Bala Bəhmənli kənd sakini 1969-cu il təvəllüdlü Niyazova Kübra Oruc qızı və Füzuli rayon Böyük Bəhmənli kənd sakini 1992-ci il təvəllüdlü Mirzəyev Cavid Koroğlu oğludur.