RU

Tramp BMT Baş Assambleyasında ərəb və müsəlman liderlərlə görüşəcək

ABŞ prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin həlli yollarını müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində bir qrup ərəb və müsəlman liderlə görüşməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Qeyd edilib ki, görüş çərşənbə axşamı yerli vaxtla saat 14:30-da keçiriləcək.

Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə liderləri görüşə dəvət alıblar. Müzakirələrin əsas mövzusu Qəzza zolağının müharibədən sonrakı bərpası və bölgəyə ərəb ölkələrinin sabitləşdirici qüvvə kimi qoşun yerləşdirilməsi olacaq.

Ərəb dövlətləri Trampdan İsrailin Qəzzadakı əməliyyatlarını dayandırması və İordan çayının qərb sahilində ilhaq planlarından imtina etməsi üçün Netanyahuyə təzyiq göstərməsini istəyəcəklər.

Həmin gün Trampın Fars körfəzi ölkələrinin liderləri ilə də ayrıca görüşü planlaşdırılır. Onlar İsrailin Qətərdəki HƏMAS liderlərinə qarşı zərbələrini müzakirə edəcək.

Избранный
40
7
operativmm.az

10Источники