Türkiyə Superliqasında 6-cı turun oyunları davam edir.
QOL.az xəbər verir ki, “Fənərbaxça” səfərdə “Kasımpaşa” ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
"Kasımpaşa" - "Fənərbaxça" - 1:1
Qollar: H.Hayradinoviç,64, - M.Asensio,3
Qırmızı vərəqə: Kafu,45 ("Kasımpaşa")
Qeyd edək ki, "Fənərbaxça" hazırda turnir cədvəlində 12 xalla 3-cü, "Kasımpaşa" isə 5 xalla 12-ci pillədə qərarlaşıb. Lider "Qalatasaray"ın isə 15 xalı var.