Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda 4.9 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, təkanlar saat 00:05-də qeydə alınıb. Zəlzələ ocağı yerin 10,97 km dərinliyində yerləşib.
Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.