RU

Ərdoğan ABŞ-a gedib -FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedib.

 

Senzor.az bildirir ki, Ərdoğan səfərin ilk günündə Nyu Yorkda Türk Evini ziyarət edib.

 

Bu il 80-ci dəfə keçirilən "Yüksək Səviyyəli Həftə"də BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət başçıları, eləcə də bəzi ölkələrin xarici işlər nazirləri iştirak edəcəklər.

 

Ərdoğan Nyu-Yorkdan sonra Vaşinqtona gedəcək və orada ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Избранный
2
1
senzor.az

2Источники