RU

Tovuzda 64 yaşlı kişi döyülərək öldürülüb:

Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti aşkarlanıb.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.

 

Şübhəli Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
25
34
senzor.az

10Источники