RU

Oğuzda avtomobil piyadanı vurdu - FOTO

Gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuzun Bayan kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan avtomobil yolun qaranlıq hissəsindən digər istiqamətə keçərkən piyadanı vurub.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Lakin həkimə qədər ölüm qeydə alınıb.

Məlum olub ki, avtomobil vuran şəxs rayonun Baş Daşağıl kənd sakini, 46 yaşlı Sadəddin Abdulhəmidovdur.  

Baş verən piyada ölümü ilə bağlı cinayət işi başlanılıb.


Tural Rasimoğlu, Bizim.Media

Избранный
41
50
bizim.media

10Источники