RU

Tovuzda 64 yaşlı kişini qətlə yetirən şəxs TUTULDU

Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları onun döyülərək qəsdən öldürüldüyü müəyyən edilib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək öldürüldüyü müəyyən edirilib. 

Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

Избранный
13
36
bizim.media

10Источники