RU

Maduro Trampa məktub yazdı; Müharibələri dayandırdığına görə təşəkkür etdi

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenrti  Donald Trampa açıq məktub ünvanlayıb.

Musavat.com
xarici agentliklərə istinadən xəbər verir ki, məktub Venesuelanın informasiya və kommunikasiyalar naziri Freddi Ninanesin Telegram kanalında dərc olunub.

Maduro sentyabrın 6-da Trampa göndərdiyi məktubda “iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün birbaşa dialoqu bərpa etməyi” təklif edib: "Sizin ikinci müddətinizin ilk aylarında biz həmişə  hökumətlərimiz arasında yaranan hər hansı məsələləri müzakirə və həll etmək üçün birbaşa əlaqə saxlamağa çalışmışıq”. Məktubda o, "istənilən fikir ayrılıqlarını həll etmək üçün" Karakas və Vaşinqton arasında "birbaşa və səmimi ünsiyyət" saxlamağı təklif edib.

Venesuela prezidenti ölkənin yüksək vəzifəli şəxslərinin narkotik ticarəti ilə əlaqəsi ilə bağlı ittihamlarını rədd edərək, onları "tamamilə yalan" və "silahlı münaqişənin genişlənməsinə haqq qazandırmaq üçün Venesuelaya qarşı yönəlmiş ən pis saxta xəbərlər" adlandırıb.

Maduro dünyanın müxtəlif bölgələrində münaqişələrə son qoymaq səylərinə görə Trampa minnətdarlığını bildirib və ABŞ-ı Latın Amerikası və Karib hövzəsində sülhə zəmanət verməyə çağırıb: “Cənab Prezident, mən sizi bütün Qərb yarımkürəsində dialoq və qarşılıqlı anlaşma yolu ilə sülhü qorumağa çağırıram”.

Musavat.com

Избранный
13
1
musavat.com

2Источники