RU

Napoleon ordusunu məhv edən bakteriyalar müəyyən edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Alimlər Litvanın paytaxtı Vilnüsdə Napoleon ordusuna məxsus kütləvi məzarlıqda cəsədləri tapılan 13 əsgərin dişlərinin DNT-sini analiz edərək iki növ təhlükəli bakteriya aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti yazır.
Məlumata görə, bu bakteriyalar 1812-ci il hərbi kampaniyasının bir çox iştirakçısının ölümünə səbəb olub.
Müayinə edilən meyitlərin hər birində "Borrelia recurrentis" və "Salmonella enterica paratyphi C" aşkar edilib. Bu bakteriyalar bitlər və digər parazitlər vasitəsilə ötürülür.
Qeyd edilir ki, Napoleon müharibələri ilə bağlı tarixi mənbələrdə tif xəstəliyindən bəhs edilmir, lakin tədqiqatçılar qeyri-spesifik və müxtəlif simptomlara görə bunun diqqətdən kənarda qalmış ola biləcəyini düşünürlər.
Избранный
5
3
oxu.az

4Источники