RU

Türkiyədə zəlzələ oldu

Türkiyənin Egey dənizində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Missiya.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilib ki, yeraltı təkanlar təxminən 9 kilometr dərinlikdə, yerli vaxtla saat 04:19-da baş verib. İlkin məlumatlara görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Bundan əlavə, gecə saatlarında Balıkəsir vilayətinin Sındırgı rayonunda 4,9 bal gücündə daha bir zəlzələ baş verib. Zəlzələ İstanbul, Bursa və İzmir şəhərlərində də hiss olunub.

Seyranə QuliyevaMissiya.Az

Избранный
13
21
missiya.az

10Источники