RU

“Müsəlman dövlətləri Pakistanın nüvə arsenalının gücləndirilməsinə kömək etməlidirlər” Qüdrət Həsənquliyev

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Ərdoğanın Trampla görüşü barədə də fikirlərinizi bilmək istərdik...

- Tramp hakimiyyətə gələndə demişdim ki, bölgəmizdə siyasi proseslərə yön verəcək 4 ciddi lider olacaq.Tramp, İlham Əliyev, Ərdoğan və Putin.Tramp İlham Əliyev və Putinlə görüşüb, indi Ərdoğanla görüşür. Hər bir halda görüşün faydalı olacağına inanıram. Türkiyə öz nüvə silahına sahib olana qədər, Ərdoğan Pakistanın nüvə silahının (ən azı 50 nüvə başlığının) Türkiyədə yerləşdirilməsinə çalışmalıdır. Bunun üçün o ABŞ-nin razılığını almalıdır. Müsəlman dövlətləri Pakistanın nüvə təhlükəsizliyi çətirinin altına girmək üçün onun nüvə arsenalının gücləndirilməsinə kömək etməlidirlər.

- Dövlət Baxçalının, “Türkiyə Rusiya və Çinlə müttəfiq olmalıdır”,- çağırışını necə dəyərləndirirsiniz?

- Siyasi partiyaların öz ölkələrinin gələcəyi ilə bağlı fikirlər səsləndirmək haqqı var. Amma düşünürəm o bunu Ərdoğanın ABŞ-yə səfəri zamanı qəsdən səsləndirib, ABŞ-ni danışıqlarda daha konstruktiv etmək üçün. Baxçalı da bilir ki, Türkiyəni heç vaxt Avropa İttifaqına qəbul etməyəcəklər. Ona görə türk dövlətlərinin, İranın və Rusiyanın iştirakı ilə Avrasiya məkanında Avropa İttifaqı modelində yeni bir ittifaq qurulsa, bu, bölgədə davamlı sülhə, təhlükəsizliyə və firəvanlığa gətirər. Avropa İttifaqı ilə Çin arasında yeni bir siyasi-iqtisadi güc formalaşar. Bu barədə əvvəllər çox danışmışam.

- Azərbaycan Fələstinin müstəqilliyini tanıyan ilk ölkələr sırasına qoşula bilərmi?

- Buna qətiyyən ehtiyac yoxdu. Biz, ərəb və yəhudu xaqlarının sülh içərisində yaşamaları üçün beynəlxalq ictimaiyyətlə, islam ölkələri ilə birlikdə çalışmalıyıq ki, Fələstinin dövlət kimi tanınmasının zəruriliyinə İsraili inandıraq və İsraillə birlikdə, eyni vaxtda Fələstin dövlətini tanıyaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
4
icma.az

6Источники