RU

“Putin çeynəyə biləcəyindən daha çox dişləyib ”O, bunu deyəndə yalan danışır...”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniyanın xarici kəşfiyyat xidməti - MI6-nın rəhbəri Riçard Mur Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibədə qələbənin qaçılmaz olduğunu söyləməsini “yalandan ibarət” adlandırıb.

“Birbaşa deyəcəm, Putin çeynəyə biləcəyindən daha çox dişləyib. O, düşünürdü ki, yüngül qələbə qazanacaq. Amma o və digərləri Ukraynalıları düzgün qiymətləndirə bilmədilər”, - deyə Mur sentyabrın 20-də İstanbulda etdiyi çıxışda bildirib.

Bu, Murun MI6 rəhbəri kimi son rəsmi çıxışı olub. O, çıxışını Britaniyanın İstanbuldakı konsulluğunda edib və eyni zamanda MI6 ilə əlaqə üçün nəzərdə tutulmuş yeni məlumat platformasının təqdimatını keçirib. Mur bildirib ki, bu platforma “Rusiyanın gedişatından narazı olan rus vətəndaşlarına” yönəlib.

Mur çıxışında Rusiyanın müharibədə verdiyi insan itkilərinə də toxunub. Onun sözlərinə görə, Rusiya artıq 1 milyondan çox itki verib və ölənlərin əksəriyyəti “kasıb regionlardan gətirilmiş, zəif hazırlıqlı əsgərlərdir”.

“Aqressorun ağrıları qurbanın ağrıları ilə eyniləşdirilə bilməz. Amma Putinin insan həyatına nifrəti artıq onun öz xalqına da yayılıb”, – deyə britaniyalı kəşfiyyatçı vurğulayıb.

Mur həmçinin bildirib ki, Vladimir Putinin sülh danışıqlarına maraqlı olduğuna dair heç bir sübut yoxdur: “Putin sadəcə görüntü yaradır. O, Ukraynanın müstəqil dövlət kimi mövcud olmaq haqqını inkar edir. Danışıqlar onun üçün real sülh vasitəsi deyil.”

Onun fikrincə, Putin dünyanı, xalqını və bəlkə də özünü aldadır:“Putin çalışır ki, dünya Rusiyanın qələbəsinə inansın. Amma bu, yalandır. O, sistemin eşitmək istədiyi reaksiyaları almağa çalışır, bu isə Kremlin real gücünü əks etdirmir”.

Riçard Mur rəsmi olaraq 1 oktyabr 2025-ci ildə vəzifəsini tərk edəcək. Onun yerinə MI6 rəhbəri postuna gürcü əsilli britaniyalı diplomat və kəşfiyyatçı Bleyz Metreveli təyin olunacaq.

Metrevelinin rəhbərliyi dövründə MI6-nın Rusiya-Ukrayna müharibəsi fonunda daha da aktivləşəcəyi, həmçinin Avrasiya regionuna xüsusi diqqət yetiriləcəyi bildirilir.

Rasim

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
azpolitika.info

1Источники