RU

Ukrayna Polşada müavinətlərdən məhrum olacaq vətəndaşlarını geri qaytarmağa hazırlaşır - ÖZƏL

Ukrayna hökuməti Polşadan qayıdacaq vətəndaşlar üçün müvafiq dəstək tədbirləri hazırlayır. Olaylar.az xəbər verir ki,  bu barədə Ukrayna prezidentinin ofis rəhbərinin müavini İrina Vereşçuk məlumat verib. Onun sözlərinə görə, Polşada ukraynalılar üçün qalma şərtləri getdikcə sərtləşir, xüsusilə də işləmək imkanı olmayan şəxslər üçün. Vereşçuk bildirib ki, Kiyev belə vətəndaşların ölkəyə dönüşünü nəzərə alaraq sosial dəstək sistemini əvvəlcədən gücləndirməlidir: "Biz müvəqqəti yaşayış yerləri, humanitar, tibbi və sosial yardım təmin etməliyik ki, geri dönmək istəyən vətəndaşlarımız dövlətin lazımi dəstəyini alsınlar. Həmçinin bu prosesin təşkilati və logistika baxımından dəstəklənməsi vacibdir", - deyə o, Telegram kanalında yazıb.
Qeyd edək ki, sentyabrın 12-də Polşa Seymi (parlamentin aşağı palatası) xarici vətəndaşlara sosial ödənişlər və ukraynalılara yardımla bağlı yeni qanun layihəsini qəbul edib. Sənədə əsasən, işləməyən əcnəbilər sosial müavinətlərdən məhrum ediləcəklər.
Xatırladaq ki, avqustun 25-də Polşa prezidenti Karol Navrotski ukraynalı qaçqınlara yardımların uzadılması ilə bağlı qanunu veto etmişdi. O, qərarını işləməyən ukraynalılar üçün uşaq müavinətlərinin məhdudlaşdırılması zərurəti ilə əsaslandırmışdı. Bunun ardınca Polşa Daxili İşlər Nazirliyi işləməyən əcnəbilərə uşaqpulu ("800 plus") ödənişlərinin dayandırılmasını nəzərdə tutan yeni layihə hazırlamışdı. Qeyd edək ki, Polşa 2022-ci il martın 12-də Ukrayna vətəndaşlarına yardımla bağlı xüsusi qanun qəbul etmiş, onun müddəti dəfələrlə uzadılmışdı. Hazırda ukraynalı qaçqınlar üçün xüsusi status 2025-ci il sentyabrın 30-dək qüvvədə qalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
olaylar.az

1Источники