RU

Hövsanda təhlükə, qurumlar biganə “Ağaca toxunsaq, cərimələnəcəyik” FOTOLAR

ain.az, Tribuna portalına istinadən məlumat verir.

Bakı şəhəri, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 16 ünvanında sakinlər narahatlıq içindədir.

Tribunainfo.az-a daxil olan məlumata görə, ərazidəki iri ağac kökündən çıxmaq üzrədir.

Ağac hər an aşıb elektrik xətlərini zədələyə bilər. Bu isə həm enerji təchizatının kəsilməsinə, həm də insan həyatı üçün təhlükəyə səbəb ola bilər.

Sakinlərin sözlərinə görə, onlar problemi həll etməkdə aciz qalıblar. Çünki aidiyyəti qurumların nümayəndələri ağaca müdaxilə etməyə çalışan vətəndaşları hədələyərək cərimələnəcəklərini bildiriblər.

Hazırda ərazidə heç bir tədbir görülmədiyi, vəziyyətin isə hər an qəza ilə nəticələnə biləcəyi qeyd olunur.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
tribunainfo.az

2Источники