RU

Həbs olunan iş adamı Adnan Əhmədzadənin TƏHSİLİ

Son günlər böyük rezonans doğuran xəbərlərdən biri tanınmış iş adamı Adnan Əhmədzadənin həbsidir.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunduğundan onun barəsində Səbail rayon məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

AzEdu.az onun təhsili və fəaliyyəti barədə məlumatları təqdim edir.

1978-ci il yanvarın 24-də Bakıda anadan olan Adnan Azər oğlu Əhmədzadə uzun illər dövlət və özəl sektorda rəhbər vəzifələrdə çalışıb. O, 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını, 2000-ci ildə isə Qərb Universitetində magistr pilləsini bitirib.

Əhmədzadənin karyerası SOCAR-da başlayıb. 1998-2005-ci illərdə şirkətin Xarici İqtisadi Əlaqələr, daha sonra isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2005-2006-cı illərdə “Azertrans” MMC-yə rəhbərlik edən Əhmədzadə bir il sonra yenidən SOCAR-a qayıdaraq uzun illər rəhbər postlarda işləyib. O, 2006-2007-ci illərdə Nəqliyyat və Ekspedisiya şöbəsinin müdir müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya riskləri şöbəsinin müdiri, 2008-2010-cu illərdə İqtisadi əməliyyatlar idarə rəisinin müavini, 2010-2019-cu illərdə isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş direktoru olub. Daha sonra beynəlxalq strukturlarda da çalışaraq 2018-ci ildə “SOCAR Trading”in icraçı direktoru, 2019-cu ildə isə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini təyin edilib.

2023-cü ildən isə özəl sektorda fəaliyyətini davam etdirən Əhmədzadə “ABDA Invest Holding”i təsis edib və İdarə Heyətinin sədri olub. Holding energetika, inşaat və maliyyə sahələrini əhatə edən müxtəlif şirkətləri birləşdirirdi.

Избранный
4
azedu.az

1Источники