RU

Azərbaycana sərmayə yatırmaq əlverişli perspektivlər vəd edir - Emin Ağalarov

Bakı. Trend:

Azərbaycan investisiya üçün çox əlverişli ölkədir. Burada həyatakeçirilən islahatlar investisiyalar üçün çox böyük imkanlaryaradıb.

Trend xəbər verir ki, busözləri “Agalarov Development” şirkətinin təsisçisi Emin AğalarovBakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundaçıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlhamƏliyevin dəstəyi ilə həyata keçirilən bu tədbirdə ölkənininvestisiya potensialı təqdim olunacaq.

"İnvestisiya imkanlarının yaradılması iş adamları və şirkətlərüçün imkan və fürsətlər yaradır. Bundan istifadə edib Azərbaycanasərmayə yatırmaq əlverişli perspektivlər vəd edir. “See Breeze”böyük bir layihədir və çox geniş ərazini əhatə edir. Ərazi vətikinti işləri daha da genişlənəcək və inkişaf edəcək. “See Breeze”ərazisinə də sərmayə yatırımı çox səmərəlidir. Azərbaycandayaradılan münbit şəraitdən istifadə edib sərmayə yatırımını həyatakeçirmək olduqca faydalı olar”, - deyə Emin Ağalarov bildirib.

Məqalədə:
Избранный
2
10
az.trend.az

10Источники