RU

Çində Raqasa supertayfununu gözləyirlər

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Raqasa" supertayfunu sentyabrın 24-də Çinin cənubundakı Quandun əyalətini vuracaq və qasırğanın gücü 50 m/s-ni keçəcək.

Oxu.Az-ın xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Meteorologiya İdarəsindən məlumat verilib.

Hazırda tayfun Tayvan və şimali Filippin adaları arasındakı Luzon boğazındadır və küləyin sürəti 62 m/s-ə çatır.

Supertayfun qərbə doğru irəliləyir və sentyabrın 24-25-də Çinin Quandun və Haynan əyalətlərinə, Quansi-Çjuan muxtar bölgəsinə, həmçinin Honkonq və Makaonun xüsusi inzibati rayonlarına təsir edəcək. Sentyabrın 26-da tayfun Vyetnamın şimal regionlarına və Kambocaya doğru hərəkət edəcək, eləcə də onun təsiri Çin Xalq Respublikasının cənub-qərbdəki Yunnan əyalətində də hiss olunacaq.

Qeyd edək ki, Çinin bir çox bölgələrində tayfun mövsümü qasırğalı küləklər, güclü yağışlar, daşqınlar, axınlar və torpaq sürüşmələri ilə müşayiət olunur. Ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avqust ayında müxtəlif dərəcədə təbii fəlakətlər 10 milyondan çox Çin vətəndaşının gündəlik həyatına təsir göstərib. Təhlükəli ərazilərdən 386 mindən çox insan təxliyə edilib. 122 nəfər həlak olub və ya itkin düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
2
oxu.az

3Источники