RU

Gürcüstanın idman naziri Diaspor Komitəsində olub Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Gürcüstanın idman naziri Şalva Qoqoladze və Gürcüstan nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Gürcüstanın idman nazirinin müavinləri, DİDK-sədrinin müavini və hər iki tərəfdən digər rəsmi şəxslərin daxil olduğu nümayəndə heyəti iştirak edib.

Gürcüstanda yaşayan azərbaycanlıların fəaliyyəti, onların ölkənin müxtəlif sahələrinə, eləcə də Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin inkişafına verdikləri töhfələr, gələcək potensial layihələr, yeni əməkdaşlıq mexanizmləri və tərəfdaşlıq imkanları barədə müzakirə aparılıb.

Qonaqları səmimi salamlayan Fuad Muradov iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkib, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji prioritetlərə uyğun olaraq xarici ölkələrdə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri barədə ətraflı danışıb. Bildirib ki, hazırda Gürcüstanda Azərbaycan Evləri də daxil olmaqla 9 mərkəz mövcuddur. Tbilisi, Bolnisi, Qardabani, Laqodexi, Rustavi, Marneuli, Saqareco, Dmanisi və Sadaxlıda fəaliyyət göstərən mərkəzlərdə həftəsonu məktəbləri, Azərbaycan və gürcü dili, idman və bir sıra digər kurslar açılıb, eyni zamanda soydaşlarımıza hüquqi yardım göstərilir. Hazırda mərkəzlərdəki kurslara gələnlərin sayı 900-dən çoxdur və onların 300 nəfəri müxtəlif idman növləri üzrə kurslarda iştirak edirlər. Mərkəzlərdə çeşidli tədbirlər təşkil olunur, o cümlədən hər iki ölkənin önəmli günləri qeyd edilir. Əlavə olunub ki, bu il 100-dən artıq azərbaycanlı gənc Gürcüstanın nüfuzlu ali məktəblərinə qəbul olunub.

Əlavə edək ki, bu gün dünyanın 20 ölkəsində 31 Azərbaycan Evi fəaliyyət göstərir.

Qeyd olunub ki, Gürcüstanda reallaşan layihələr, xüsusilə orta və ali məktəblərə hazırlıq, eləcə də idman kursları azərbaycanlıların təhsil imkanlarının, hüquqi biliklərinin artırılmasında, idman və yüksək texnologiyalar sahəsində bacarıqlarının inkişaf etdirilməsində xüsusi rol oynayır. Görüşdə Gürcüstanda yaşayan azərbaycanlı gənclərin idmana böyük maraq göstərdikləri, müxtəlif yarışlarda dəfələrlə qalib olduqları da diqqətə çatdırılıb.

Şalva Qoqoladze səmimi qəbula görə təşəkkürünü bildirib və komitənin azərbaycanlılara yönəlik layihələrinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu dilə gətirib. Nazir bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar ölkə əhalisinin mühüm hissəsini təşkil edir, ölkənin maraqlarını qoruyur və Gürcüstana müxtəlif sahələrdə qələbələr qazandırırlar. Nazir, həmçinin qarşılıqlı səmərəli əməkdaşlığın bundan sonra da uğurlu davamına əminliyini ifadə edib.

Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, gürcü dilini dərindən öyrənmələri ilə bağlı müsbət fikirlər səsləndirilib, Azərbaycanda yaşayan gürcülərə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq edilib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
qafqazinfo.az

4Источники