RU

Prezident: Zəngəzur koridorunun işə düşməsi ilə tranzit yük daşımaları artacaq

BAKI, 22 sentyabr. TELEQRAF

Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcminin artması gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində deyilir:

"Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir.

Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır. Azərbaycan hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində strateji tərəfdaşıdır. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir. Beləliklə, Azərbaycan həm bugünün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur" - deyə, dövlət başçısının müraciətində qeyd edilir.

Избранный
25
20
teleqraf.com

10Источники