RU

Paşinyan partiya rəhbərliyinə yeni şəxslərin seçilməsinə nail olub

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası idarə heyətinin partiya qurultayında səsvermə yolu ilə seçilmiş yekun siyahısını dərc edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Partiyanın idarə heyətinə 20 nəfər daxil olub - onların əksəriyyəti parlamentin deputatlarıdır.

Partiyanın sədri kimi yenidən seçilən Baş nazir Nikol Paşinyanla yanaşı, idarə heyətinə iqtisadiyyat naziri Gevok Papoyan, müdafiə naziri Suren Papikyan, Baş nazirin müavini Ruben Rubinyan, parlament sədri Alen Simonyan, İrəvan meri Tiqran Avinyan və başqaları daxil olub. Səslərin elektron hesablanmasının son mərhələsində məlum olub ki, bülleten sayı partiyanın nümayəndələrinin sayından çoxdur.

KİV-lər qeyd edib ki, partiya lideri Paşinyan səslərin elektron hesablanması ilə bağlı izahat tələb edib.

Partiyanın məlumatına görə, idarə heyəti, idarə heyətinin sədri, həmçinin partiyanın nəzarət komissiyası üzvlərinin seçkilərində bülletenlərin ilkin elektron hesablanması başa çatıb. Hazırda səsvermənin nəticələrini qeydə almaq üçün bülletenlərin əllə sayılması aparılır.

Избранный
2
3
bakivaxti.az

5Источники