RU

Bakıda binadan daşlar töküldü - Maşına ziyan dəydi

Bakıda binadan daşlar tökülür.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, hadisə Nəsimi rayonu Mirəli Qaşqay 61 ünvanında qeydə alınıb.

"Son günlər əsən güclü külək binada çat olan hissələrdəki daşları yerə səpələyir. Binanın həyətində saxlanılan maşına ciddi ziyan dəyib. Binanın altından keçən hər kəs qorxu içindədir", - deyə məlumatda qeyd olunub.

Hadisə yerindən kadrları təqdim edirik:

Избранный
16
1
far.az

2Источники