RU

BDYPİ xəbərdarlıq edir: Yolun hərəkət hissəsində dayanarkən təhlükəsizlik qaydalarına əməl edin

ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Son dövrlərdə texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanmış nəqliyyat vasitələrinin sürücüləri zəruri təhlükəsizlik tədbirlərini görmədikdə digər sürücülər üçün qəfil maneələr yaranır. Bu isə çox zaman ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.

Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücüləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.

Qanuna əsasən, texniki nasazlıq və ya digər səbəbdən yolun hərəkət hissəsində dayanmaq məcburiyyətində olan sürücülər:

dərhal qəza dayanma işıqlarını yandırmalı;

avtomobildən təhlükəsiz məsafədə qəza nişanı qoymalı;

imkan daxilində nəqliyyat vasitəsini yolun kənarına çəkməlidirlər.

BDYPİ bir daha xatırladır ki, bu sadə qaydalara əməl etməklə sürücülər həm öz həyatlarını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qoruya bilərlər.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
29
dogru.az

10Источники