RU

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub

Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin Müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşüb, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaradıb.

“Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

DOĞRU.AZ

Избранный
22
41
dogru.az

10Источники