RU

“Azərbaycanfilm” öz “sakinləri” haqqında film çəkir - FOTOLAR

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Azərbaycan Respublikası Mədəniyyət Nazlirliyinin və ARKA-nın dəstəyi ilə yeni sənədli filmin çəkilişlərinə start verib.

Bakıvaxtı.az xəbər verir ki, “Kinostudiya sakinləri” adlanan filmdə söhbət Azərbaycan kinosunun irsindən, kinoda izi olan, amma ekranda üzü görünməyən, onu tamaşaçıya tanıdan, sevdirən unudulmaz kino yaradıcılarından gedir.

Layihənin müəllifi Azər Quliyevin dediyinə görə, bu dəfə kinonun qəhrəmanları onu yaradanlardır: “Yəni, filmin əsas məqsədi kinoda görünməyən, amma onun kadrarxasında böyük əməyi olan insanları tamaşaçıya tanıtmaq, sənətin görünməyən tərəflərini işıqlandırmaqdır”.

Çəkilişlər “Azərbaycanfilm” kinostudiyasında gerçəkləşir. “Kinostudiya sakinləri” filmi hər kadrı ayrıca qurulmuş bədii səhnələrdən ibarət olacaq.

Filmin quruluşçu rejissoru Namiq Ağayev, ssenari müəllifi Mahir Dərvişdir. İcraçı prodüser Tofiq Musayev, təsvir rejissoru Rüfət Süleymanov, operator Ayaz Mikayılzadə, ikinci rejissor Gülüstan Əliyeva, quruluşçu rəssam Rövşən Mehdiyevdir. Rejissor Leyla Tofiqqızı, bəstəkar Ceyhun Əliyev, aranjıman isə Çingiz Qasımova məxsusdur.

Yeni ekran işinin təqdimatı 2025-ci ilin sonuna nəzərdə tutulur.

Избранный
6
4
bakivaxti.az

5Источники