RU

İsraildə 1600 illik xəzinə tapıldı

İsrailli arxeoloqlar ölkənin şimalındakı tarixi bölgə olan Qalileyada 22 unikal mis sikkə aşkar ediblər.

Bu barədə "Live Science" məlumat yayıb.

Xəzinə yəhudilərin Roma İmperiyasına qarşı son üsyanı zamanı sığınacaq kimi istifadə etdikləri tunel sistemində tapılıb. Sikkələrin 1 600 ildən daha qədim olduğu təxmin edilir.

Sikkələrin üzərində Roma imperatoru II Konstantin (337-361) təsvir edilib. Bu sikkələrin Qalileya üsyanı zamanı (351-352) gizlədildiyi ehtimal olunur.
 
 
 

Избранный
19
3
7news.az

4Источники