RU

Duman çökmüş yollar: Hər səhv ölümə aparır!

Sinoptiklərin məlumatına əsasən, yağıntılı və dumanlı hava ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücülərin görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Redaktor.az-a daxil olan məlumatda bildirilir ki, veriilən xəbərdarlığı nəzərə alaraq, sürücülərdən dumanlı havada sürət həddini minimuma endirmək, daha çox ara məsafəsi saxlamaq, xarici işıq cihazlarının sazlığından əmin olmaq, ötmə, manevretmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək xahiş olunur.

Избранный
10
1
redaktor.az

2Источники