RU

Samir Şərifov: "Azərbaycan körpü rolunu davam etdirəcək"

Bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

"Dünya Bankının ‘Business Ready" sorğusunun nəticələri, eləcə də aparıcı beynəlxalq kredit reytinq agentliklərinin qərarları göstərir ki, Azərbaycanın mövqeyi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. "Fitch" və "Moody"s" beynəlxalq reytinq agentlikləri ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib. Həmçinin "Moody"s"in qiymətləndirməsi müraciətsiz aparılıb", - deyə S.Şərifov diqqətə çatdırıb.

S. Şərifov əlavə edib ki, Azərbaycan nəqliyyat, dəniz limanı, dəmir yolu və avtomobil yolu infrastrukturuna böyük vəsait yatırıb, rəqəmsal transformasiya istiqamətində də mühüm irəliləyiş əldə edib: "Hökumət yanında Biznes Mühiti Komissiyasının sədri kimi əmin edirəm ki, ölkəmizə yönələn bütün sərmayələr dost və əlverişli mühitdə qorunacaq. Azərbaycan körpü rolunu davam etdirəcək və biz hamınızı bu gələcəyin qurulmasında iştirak etməyə dəvət edirik".

AzVision.az
Избранный
6
14
azvision.az

10Источники