RU

Visa Bakıda yeni ofis açır

Visa (NYSE: V) Azərbaycanda yeni ofisinin açıldığını elan edib.

FED.az xəbər verir ki, şirkət bildirib ki, bu addım Visa-nın ölkədə fəaliyyətini genişləndirməsi və nağdsız iqtisadiyyatın inkişafına dəstəyini gücləndirməsi məqsədi daşıyır.

Məlumata görə, yeni Bakı ofisində biznesin inkişafı, konsaltinq, məhsul və marketinq komandaları fəaliyyət göstərəcək. Visa bununla maliyyə qurumları, müəssisələr və istehlakçılarla əməkdaşlığını daha da möhkəmləndirməyi planlaşdırır. (Banker)

Избранный
5
1
fed.az

2Источники