RU

Ərdoğan ABŞ-da səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün bazar günü, sentyabrın 21-də ABŞ-a səfər edib. Məlumatı “Anadolu” verib. 

Nyu-Yorkdakı Türk Evinin (Türkevi) girişində jurnalistlərə açıqlama verən dövlət başçısı qeyd edib ki, onun BMT Baş Assambleyası çərçivəsində Suriya prezidenti Əhməd əl-Şara və ABŞ prezidenti Donald Trampla Vaşinqtonda keçirəcəyi görüşlər “son dərəcə əhəmiyyətlidir”, çünki “bütün regionu narahat edir”.

“Bizim üçün Yaxın Şərqdə atılan hər bir addım həyati əhəmiyyət kəsb edir. Əlbəttə, bu məsələləri prezident Trampla müzakirə etməliyik”, - Türkiyə lideri bildirib.

Ərdoğan və xanımı Əminə Ərdoğan Türk Evinə toplaşanlar tərəfindən hərarətlə qarşılanıb.

Türkiyə prezidenti Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək və bir sıra görüşlər keçirəcək. Onu Con Kennedi Beynəlxalq Hava Limanında Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Əhməd Yıldız, Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal və Türkiyənin Nyu-Yorkdakı baş konsulu, səfir Muhittin Ahmet Yazal qarşılayıblar.

P.Əmircanov
XQ

Избранный
16
xalqqazeti.az

1Источники