RU

Paşinyanın saytında yayılan bu FOTO təşviş yaratdı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Ermənistan Baş naziri Nikol Paşinyanın rəsmi saytında yayımlanmış xaç fotosu müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, erməni siyasətçi Edqar Qazaryan bunun “simvolik olduğunu” iddia edib.

“Baş nazirin rəsmi saytında Ermənistanın Tarix Muzeyinə səfərindən çox simvolik foto dərc olunub. Sonunuzu görün, erməni xristianlar. Sizi nə gözlədiyini bilin”, – deyən E.Qazaryan xaçın bir hissəsinin qırılmasına eyham vurub.

O, Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmasının guya erməni xristianlar üçün arzuolunmaz nəticələrə gətirib çıxaracağını qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
globalinfo.az

1Источники