RU

"Zəngəzur dəhlizi qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir" - Baş prokuror


Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda çıxışı zamanı Zəngəzur Dəhlizi barədə danışıb. Baş prokuror qeyd edib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək. SİTAT: "Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir".

Mətləb Salahov

Избранный
17
11
baki-xeber.com

10Источники