RU

Toral Bayramovun premyer-liqada ilk het-triki

Misli premyer-liqasının 5-ci turu mövsümün ilk het-triki ilə əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, “Qarabağ”ın futbolçusu Toral Bayramov “Araz-Naxçıvan”la səfər oyununda üç qola imza atıb.

Bu, Toralın premyer-liqada ilk het-trikidi. O, 1992-ci ildən keçirilən turnirin tarixində bir oyunda 3 qol vuran 108-ci futbolçu olub. Əvvəlki 33 mövsümdə 107 oyunçu 3 qollu matç keçirib.

Onun ikinci qolu premyer-liqada 20-ci topu olub. Ölkə çempionatında 129-cu matçını keçirən Toral ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb.

İki dəfə penaltidən fərqlənən yarımmüdafiəçi premyer-liqada 11 metrlik nöqtədən vurduğu zərbələrin ümumi sayını 10-a çatdırıb. O, bu imkanlardan 9-da dəqiq olub.

Xatırladaq ki, “Qarabağ” “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəlib.

Избранный
19
22
football-plus.az

10Источники