RU

AKBA-da Komitə Sədrlərinin təyin olunması

Azərbaycan Kapital Bazarı Assosiasiyasının (AKBA) Direktorlar Şurasının 16 sentyabr 2025-ci il tarixində keçirilmiş iclasında Komitə sədrlərinin seçimi ilə bağlı mühüm qərarlar qəbul edilmişdir.

Yeni təyinatlar çərçivəsində AKBA-nın fəaliyyət istiqamətlərinə uyğun olaraq Komitə sədrləri müəyyən edilmiş, eyni zamanda komitələrin işinə dəstək və strateji koordinasiya məqsədilə Direktorlar Şurası üzvləri arasından hər bir Komitəyə kurator təyin olunmuşdur.

Təyinatlar aşağıdakı kimidir:

  • Yerli Bazar üzrə Komitə – Tələt Kalayev (Unicapital İŞ, Direktor)
  • Xarici Bazar üzrə Komitə � Tofiq Kərimov (CFI Financial İŞ, Maliyyə Bazarları üzrə Analitik)
  • Marja Ticarəti üzrə Komitə – Mircəlal Soltanov (Invest-AZ İŞ, Satış Departamentinin Müdir Müavini)
  • Komplayens və Nəzarət üzrə Komitə – Fəhmin Yusifli (ABB-İnvest İŞ, Hüquq və Ümumi İşlər Departamentinin Direktoru)
  • Hüquq və Tənzimləmə üzrə Komitə – Orxan Səfərov (Paşa Kapital İŞ, Hüquq və Komplayens Departamentinin Direktoru)
  • İnsan Resursları üzrə Komitə – İnarə Abbasova (Unicapital İŞ, İnsan Resursları üzrə Menecer)
  • Texnologiya və İnformasiya Təhlükəsizliyi üzrə Komitə – Tofiq Həsənov (Unicapital İŞ, İT və Elektron Ticarət İstiqamətləri üzrə Direktor)
Избранный
7
1
banco.az

2Источники