Dünya Alpaqut Federasiyasının (DAF) İdarə Heyəti qurumun idarəetmə sisteminin daha da təkmilləşdirilməsi məqsədilə növbədənkənar qurultay keçirib.
DAF-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurultayda federaiyanın yeni rəhbərliyi müəyyənləşib.
Belə ki, növbəti qurultaya qədər Dünya Alpaqut Federasiyasının prezidenti vəzifələrinin icrası Emil Rəhimova tapşırılıb.
Yeni İcraiyyə Komitəsinin tərkibi isə aşağıdakı kimi formalaşıb:
1. Emil Rəhimov – federasiya prezidenti (növbəti qurultaya qədər prezident səlahiyyətlərinin icraçısı)
2. Nuran Huseynov - vitse-prezident (İctimai Əlaqələr)
3. Tural Abasguliyev - Araşdırma və İnkişaf vitse-vrezidenti
4. Qüdrət Nuriyev - Maliyyə Departamentinin rəhbəri
5. Yunus Arabaçı - Texniki Direktor
6. Hasan Çağlar - PR və Marketinq Departamentinin rəhbəri
7. Qabil Hüseynov - İdman Departamentinin rəhbəri
8. Rafiq Qasımov - Hakimlər Komitəsinin sədri
9. Betül Altıntaş - Nizam İntizam Komitəsinin sədri
10. Mustafa Gasim Kazem - Nizam İntizam Şöbəsinin müavini
11. Marina Belyaeva - Ayça Sistemi üzrə koordinator
12. Marijus Tumas - Batur Sistemi üzrə koordinator
13. Serdar Aksu - Caymaz Sistemi üzrə Koordinator
14. Amanjol Tuberov - Gurshag Sistemi üzrə koordinator
15. Bülent Büyük - Kachut Sistemi üzrə koordinator
16. Naim Belgin - Avropa qitəsi üzrə nümayəndə
17. Abdel Qaffar Abdelbari - Afrika qitəsi üzrə rəsmi nümayəndə
18. Aziz Jurabayev - Asiya qitəsi üzrə Rəsmi nümayəndə
19. Dr. Saad Maan - Ərəb ölkələri üzrə Rəsmi rümayəndə
20. Ammar Ali Husseyn - Ərəb Ölkələri üzrə danışman
Növbəti qurultayın vaxtı barədə yaxın günlərdə məlumat veriləcək.