RU

Braziliyalı hücumçu Mbappe qədər maaş tələb edir – “Real” rəhbərliyindən

“Real”ın cinah oyunçusu Vinisius Junior Madrid klubundakı mövqeyindən narazıdır.

Sportinfo.az “Tribal Football”-a istinadən xəbər verir ki, braziliyalı futbolçu komanda yoldaşı Kilian Mbappenin daha çox pul qazanmasından şikayətlənir və maaşının fransalı hücumçunun qazancının səviyyəsinə qaldırılmasını istəyir.

Bu tələb yerinə yetirilməsə, Vinisius komandanı tərk edə bilər.

25 yaşlı forvard La Liqanın bu mövsümündə 5 matçda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Real”la müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Избранный
10
sportinfo.az

1Источники