RU

Sağlam oynaqlar üçün düzgün qidalanma sirri

Olke.az saytına istinadən ain.az xəbər verir.

"Düzgün qidalanma oynaq ağrılarından qurtulmağa kömək edə bilər. Bununla yanaşı, müalicəyə kompleks yanaşmaq və ağrını dərhal aradan qaldıracaq “möcüzəvi” qidalar axtarmamaq vacibdir".

Ölkə.az xəbər verir ki, bu barədə “İzvestiya”ya qidalanma üzrə mütəxəssis Yekaterina Strelnıkova danışıb.

Onun sözlərinə görə, hər bir halda qidalanmaya fərdi yanaşmaq lazımdır, çünki oynaq ağrılarının səbəbləri müxtəlif ola bilər:

"Məsələn, podaqra xəstəliyi olduqda purinlə zəngin qidaları az qəbul etmək lazımdır. Əgər söhbət artıq çəkidən gedirsə, kalori qəbulu azaldılmalı və çəki normaya salınmalıdır ki, oynaqlara düşən yük yüngülləşsin".

Mütəxəssis dörd əsas qida qrupunun oynaqlar üçün faydalı olduğunu vurğulayıb:

"Bunlara omeqa-3 mənbələri (balıq, dəniz məhsulları, avokado, kətan yağı), keyfiyyətli zülallar (ət, toyuq, süd məhsulları, yumurta), kalsiumla zəngin qidalar (pendir, qoz-fındıq, quru meyvələr, yaşıl tərəvəzlər), eləcə də vitaminlərlə zəngin qidalar (tərəvəzlər, giləmeyvələr, meyvələr) daxildir. Bu məhsullar gündəlik qidalanmanın əsasını təşkil etməlidir".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
2
olke.az

3Источники