RU

“Əminəm ki, şəhər mobilliyi bugünkündən dəfələrlə yaxşı olacaq” - Sədr

“Əminəm ki, 5 ildən sonra Bakının mərkəzi küçələrinin görkəmi dəyişəcək, şəhər mobilliyi bugünkündən dəfələrlə yaxşı olacaq”. SİA xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

Onun sözlərinə görə, şəhərdə ictimai nəqliyyatın payı artırılacaq: “İnsanların ictimai nəqliyyata çıxışı asanlaşacaq, onlara keyfiyyətli və fasiləsiz xidmət göstəriləcək. Eyni zamanda, piyadalar və mikromobillik istifadəçiləri üçün şərait daha da yaxşılaşdırılacaq, ağıllı idarəetmə sistemləri tətbiq olunacaq. Bu dəyişikliklər sayəsində tıxaclar minimuma enəcək, insanlar şəhər daxilində daha rahat və sürətli hərəkət edə biləcəklər”.

Müəllif: Arzu Qurbanlı
Избранный
24
sia.az

1Источники