RU

İİTKM “Tranzit icmalı”nı təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birgə Azərbaycan və ingilis dillərində “Tranzit icmalı”nı dərc edib.

“İki sahil” xəbər verir ki, İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının ideya müəllifliyi ilə hazırlanan icmalda tranzit yükdaşımalar üzrə statistik məlumatlar, Azərbaycanda və regionda reallaşdırılan layihələr, proqram və tədbirlər, yeni texnologiyaların tətbiqi ilə daşımaların daha çevik təşkili, yük cəlbediciliyinin artırılması yolları ətraflı təqdim olunur.

“Tranzit icmalı”nda Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars, Lapis Lazuli, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu, eləcə də Gürcüstanda və Qazaxıstanda tranzit daşımalarla bağlı həyata keçirilən layihələr təhlil edilir, xüsusilə Orta dəhlizin perspektivləri, dəhliz boyunca daşıma həcminin və intensivliyinin artırılması üçün imkanlar nəzərdən keçirilir.

İcmal Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının “Azərbaycan Respublikası ərazisindən keçən tranzit yüklər barədə” 2024-cü il üzrə hesabatı əsasında hazırlanıb. İcmalı İİTKM-in şöbə müdiri Aqil Əsədov tərtib edib, məsləhətçi kimi isə nəqliyyatçı-ekspert Rauf Ağamirzəyevin fikirlərinə yer verilib.

İlk buraxılışı nəşr edilən “Tranzit icmalı”nın gələcəkdə növbəti saylarının da hazırlanması nəzərdə tutulur. İcmal Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün FƏALİYYƏT PLANI”nda nəzərdə tutulan tədbirlərin nəticələrinin təbliği və icrasına dəstək məqsədilə tərtib edilib.

Избранный
7
1
ikisahil.az

10Источники