RU

İranın nüvə rəhbəri Rusiyayadır

"Reuters" agentliyininxəbərinəəsasən, bu barədə İranın Moskvadakı səfirliyi məlumat yayıb. Hərçənd Məhəmməd İslaminin Rusiyada kimlərlə görüşəcəyi barədə təfərrüat açıqlanmayıb.

Xatırladaq ki, ötən günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Tehrana qarşı sanksiyaları qiymətləndirərək, bu sanksiyaların qüvvədə qalmasına qərar verib. Eyni zamanda, Avropa İttifaqı (Aİ) da İrana BMT səviyyəsində sanksiyaların bərpası məqsədilə 30 günlük prosesə başlayıb.
İran BMT-də nüvə məsələsini qaldıracaq

Digər tərəfdən, İran ABŞ, (Aİ) və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə nüvə problemi üzrə gərginlik fonunda BMT-nin Baş Assambleyasında öz mövqeyini "aydınlaşdırmağa" hazırlaşır. Sentyabrın 17-də İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi diqqətə çatdırıb ki, Tehran Baş Assambleyanın müvafiq sessiyasında Avropa İttifaqı ilə anlaşılmazlıqları aradan qaldırmaq naminə danışıqlar aparacaq.

Firudin Həmidli
AzVision.az
Избранный
4
1
azvision.az

2Источники