RU

UKRAYNADA ƏSGƏRLƏRİ ROBOT ƏVƏZ EDİR » AzadMedia.az

UKRAYNADA

Ukrayna müharibə dövrünün problemlərindən biri – şəxsi heyət çatışmazlığını robotlarla həll etməyə çalışır.
Ukraynalı əsgərlər robotlardan sursat və ərzaq daşımalarında, eyni zamanda, minaların zərərsizləşdirilməsi, yaralı və həlak olmuş əsgərləri döyüşçülər üçün çox təhlükəli olan ərazilərdən çıxarmaq üçün istifadə edirlər.

Robotların əksəriyyəti artıq Ukrayna şirkətləri tərəfindən istehsal olunur və ölçüsünə-imkanlarına görə qiyməti 1000 ABŞ dollarından 64 min ABŞ dollarınadək dəyişir.

Analitiklərin fikrincə, Ukraynanın bu texnikadan geniş istifadə etməsi diqqətəlayiqdir və gələcəkdə mühüm irəliləyişə gətirib çıxara bilər.
Bəzi komandirlər hesab edir ki, bu texnologiya hələ inkişafının başlanğıc mərhələsindədir və yaxın zamanda müharibədə əvəzolunmaz vasitəyə çevriləcək.
Ukrayna əsgərləri sadəcə “təkərli robot” adlandırdıqları bu texnikadan istifadəni yüksək qiymətləndirirlər.
Onların sözlərinə görə, əsas üstünlük bu texnikanın canlı olmaması ilə bağlıdır. Hər tapşırıqda o, bir əsgəri ölüm riskindən xilas edir.

Təkərli robotlar kiçik zirehli texnikanı xatırladır, dağıntılar və ya torpaq yollar üzərində saatda 6 kilometr sürətlə hərəkət edərək əsgərlər üçün həddindən artıq təhlükəli ərazilərdə əməliyyatları icra edir.
Hərbçilər robotu irəli göndərməzdən əvvəl marşrut üzrə kəşfiyyat dronu uçurur və maneələrin, minaların olub-olmadığını yoxlayır.
Robotun kamerası yoxdur, onun “gözləri”ni dronlar əvəz edir.
Əsgərlər əməliyyatların birində bu robot vasitəsilə 200 kiloqram sursat, yanacaq, su və ərzaq daşıyıblar.

Избранный
14
1
azadmedia.az

2Источники