RU

Aİ və ABŞ Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Avropa İttifaqı ilə ABŞ arasında Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığın əldə edildiyini və onların yaxın günlərdə qüvvəyə minəcəyini bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

O, qeyd edib ki, ABŞ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib ki, bu da ABŞ prezidenti Donald Trampın hakimiyyətə qayıdışından sonra ilkdir.

Sentyabrın 19-da Avropa Komissiyası yeni məhdudiyyətlər, o cümlədən 2027-ci ildən etibarən Rusiyadan LNG idxalına qadağa, müxtəlif idxal-ixrac tədbirləri, bank sektorunu hədəf alan sanksiyalar, çoxsaylı şəxslərə və təşkilatlara qarşı şəxsi sanksiyalara dair təklifini təqdim edib.

Ukrayna hadisələrindən sonra Qərbin sanksiya təzyiqləri güclənib. Bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub. 2022-ci ilin fevralından Aİ Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq edib.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
27
editor.az

1Источники