RU

AYNA: Şəhər avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaxın gələcəkdə sərnişin daşımalarında daha çevik qrafiklərin tətbiq olunacağını açıqlayıb. Agentliyin İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, yeni mexanizmlərin tətbiqi ilə bir çox marşrutlar gecə saat 00:00-a qədər fəaliyyət göstərəcək.

Rzayev qeyd edib ki, hazırda yetərli sayda avtobus cəlb edilsə də, mövcud model sərnişin daşımalarında sistemli həll yaratmır. Bu isə marşrutlarda intervalın artmasına və günün bəzi saatlarında avtobusların işləməməsinə səbəb olur.

“Xüsusən axşam saatlarında sərnişin sayı az olan marşrutlar rentabelli olmadığından xəttdən çıxarılır və depoya yönləndirilir. Yeni sistem tətbiq olunduqdan sonra sərnişin tələbatı nəzərə alınaraq bəzi istiqamətlərdə gecə saatlarına qədər xidmətin göstərilməsi mümkün olacaq”, – deyə Rzayev əlavə edib.

Yeni mexanizmlərin tətbiqi ilə ictimai nəqliyyatda həm sərnişinlərin rahatlığı artırılacaq, həm də marşrutların daha səmərəli işləməsi təmin olunacaq.

Избранный
21
1
marja.az

2Источники