RU

Ali təhsilli azərbaycanlılar səfər üçün Abşeron rayonuna gedib, bəs digərləri? (SİYAHI)

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

2025-ci ilin yanvar-iyun aylarında turizm məqsədilə səfər etmiş Azərbaycan vətəndaşlarının təhsil səviyyəsinə görə bölgüsü açıqlanıb.

Valyuta.az xəbər verir ki, bu dövrdə ümumilikdə 2 milyon 590 min 700 nəfər ölkə ərazisində səyahət edib.

Səfər edənlərin 284 130 nəfəri ali, 190 178 nəfəri orta ixtisas, 111 457 nəfəri peşə, 1 milyon 409 min 605 nəfəri tam orta, 387 044 nəfəri ümumi orta, 191 328 nəfəri isə ibtidai təhsilli olub.

Təhsil səviyyələrinə görə vətəndaşların əsasən üstünlük verdikləri bölgələr isə aşağıdakı kimi olub:

Tam orta təhsillilər arasında Abşeron rayonu (42 495 nəfər) və Şəmkir rayonu (32 043 nəfər) daha çox üstünlük qazanıb.

Ali təhsillilərin 6 145 nəfəri Abşeron, 5 435 nəfəri isə Şəmkir rayonuna səfər edib.

Orta ixtisas təhsilli vətəndaşlar arasında da Abşeron (5 481 nəfər) və Şəmkir (5 435 nəfər) rayonları öndə olub.

Peşə təhsilli səyahətçilərin ən çox getdiyi bölgələr Şəki (2 594 nəfər) və Şəmkir (2 573 nəfər) olub.

Ümumi orta təhsilli şəxslərin üstünlük verdiyi rayonlar Abşeron (11 556 nəfər) və Xaçmaz (7 996 nəfər) olub.

İbtidai təhsilli şəxslərin isə əsasən Abşeron (6 007 nəfər) və Lənkəran (3 879 nəfər) rayonlarına səfər etdiyi qeyd olunub.

Məlumatlar göstərir ki, istirahət və turizm məqsədli səfərlərdə ən fəal iştirak edənlər əsasən tam orta təhsilli vətəndaşlar olub. Həmçinin hər təhsil səviyyəsindən olanlar əsasən Abşeron rayonuna səfər ediblər. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
qaynarinfo.az

2Источники