RU

Azərbaycanda 8 bağlanmış bankın əmlakları hərraca çıxarılır

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oktyabrın 8-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Texnika Bank", "Kredo Bank", "Gəncə Bank", "Dəmir Bank", "Qafqaz İnkişaf Bankı", "NBC Bank" ASC-lərin və "Bank Standard" QSC-nin, oktyabrın 15-də isə "Texnikabank" və "Atabank" ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

525.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

"Texnika Bank"a məxsus Beyləqan şəhəri, Magistral küçəsindəki dəyəri 535,5 min manat olan 665,3 kv. Metrlik əmlak kompleksindən, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 47 ünvanındakı dəyəri 34 min manat olan 16,1 kv. Metrlik qarajdan, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanındakı dəyəri 357 min manat olan 278,9 kv.metrlik qeyri-yaşayış binasından,

"Bank Standard"a məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 3 ünvanındakı dəyəri 425 min manat olan 346,5 kv.metrlik qeyri-yaşayış sahəsindən,

"Kredo Bank"a məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki dəyəri 306 min manat olan 66,2 kv.metrlik mənzildən,

"Gəncə Bank"a məxsus Bərdə şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsindəki dəyəri 344 min manat olan 257,4 kv.metrlik qeyri-yaşayış binasından,

"Dəmir Bank"a məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayondakı dəyəri 680 min manat olan yarımçıq yaşayış binasından, həmçinin Göyçay şəhəri, Atatürk küçəsi, 77A ünvanındakı dəyəri 297 min manat olan 340 kv.metrlik qeyri-yaşayış binasından, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 21 ünvanındakı dəyəri 680 min manat olan 641,2 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanındakı dəyəri 450 min manat olan 161,1 kv.metrlik qeyri-yaşayış sahəsindən,

"Qafqaz İnkişaf Bankı"na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə, ev 2 ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv.metrlik qeyri-yaşayış sahəsindən,

"NBC Bank"a məxsus Şamaxı rayonu, Məlhəm kəndindəki dəyəri 200 min manat olan 464,2 kv.metrlik fərdi yaşayış evindən,

"Atabank"a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan qeyri-yaşayış binasından gedir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
9
525.az

10Источники